Valeri Abramidze Rusiya çempionatında qol hesabını açıb
07.04.2008 - 10:36
Valeri Abramidze Rusiya çempionatında qol hesabını açıb
Moskva. Mehman Süleymanov-APA-Sport. Azərbaycan yığmasının hücumçusu Daniel Axtyamovun çıxış etdiyi Moskvanın “Torpedo” klubu yeni mövsümdə öz meydanında ilk oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, Rusiya çempionatının birinci divizionunda mübarizə aparan “Torpedo”nun 3-cü turda “Ural”la görüşü 2:2 hesabı ilə başa çatıb. Bakının “İnter” klubunun 23 yaşlı sabiq futbolçusu matçın 88-ci dəqiqəsində meydana daxil olub və birinci divizionda ikinci oyununu keçirib. Milli çempionatının iştirakçısı olan, “Neftçi” və “Xəzər-Lənkəran”ın heyətində Azərbaycan çempionluğunu qazanan gürcüstanlı müdafiəçi Valeri Abramidze isə birinci divizionda qol hesabını açıb. 28 yaşlı futbolçu şərəfini qoruduğu “Anji” klubuna “Çernomorets”lə səfər matçında künc zərbəsindən sonra vurduğu qolla qələbə qazandırıb – 1:0. V.Abramidzenin fərqlənməsi sayəsində 7-ci xalını qazanan “Anji” turnir cədvəlində liderliyə yüksəlib. Üç oyundan sonra hesabında üç xal D.Axtyamovun komandası isə turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.
0