Azərbaycan kubokunun final görüşü mayın 24-də keçiriləcək
01.05.2008 - 11:14
Azərbaycan kubokunun final görüşü mayın 24-də keçiriləcək
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan kuboku uğrunda final matçının vaxtı dəyişdirilib. “APA-Sport” agentliyinin məlumatına görə, “Xəzər-Lənkəran”la “İnter” arasında həlledici qarşılaşma həmişə olduğu kimi mayın 28-də deyil, 24-də keçiriləcək. Bu isə ilk dəfə ölkə kubokunun final oyununun son turdan əvvəl keçirilməsi deməkdir. Adətən ölkəmizdə futbol mövsümü ölkə kubokunun final matçı ilə yekunlaşsa da, bu dəfə fərqli olacaq. AFFA milli komandamızın iyunun 1-də Bosniya və Herseqovina, 4-də Andorra ilə səfərdə keçirəcəyi yoldaşlıq görüşlərinə hazırlıq məqsədilə Premyer Liqanın son turunun da matçlarının vaxtını dəyişdirib. Belə ki, son tur təqvimdə nəzərdə tutulduğundan 5-6 gün sonra keçiriləcək. Mayın 27-də “Masallı” – “Karvan”, “Standard” – “Gənclərbirliyi”, “Bakı” – “Turan”, ertəsi gün “Simurq” – “Xəzər-Lənkəran”, “Olimpik” – “Qarabağ”, “Neftçi” – ABN, “İnter” – “Qəbələ” görüşləri keçiriləcək. Son turun oyunları eyni saatda başlayacaq.
0