Baş məşqçisi cəzalanan klublar Premyer Liqada cəmi 1 qələbə qazanıb
14.05.2008 - 10:22
Baş məşqçisi cəzalanan klublar Premyer Liqada cəmi 1 qələbə qazanıb
Hər üç mütəxəssis ukraynalı həmkarı kimi, hakimlikdən narazılığını ifadə etdiyindən 4 oyunluq kənarlaşdırılıb. Birinci dövrədə cəzalananlar - Yunis Hüseynov və Sakit Alıyev komandasının məğlubiyyətindən sonra bu hərəkətə yol vermişdisə, ikinci dövrədə heç-heçədən sonrakı narazılıqlar bu sonluqla nəticələnib. Əvvəl Əli Quliyev, bu dəfə isə R.Pokora səfərdə – hər ikisi Lənkəranda 1 xaldan kifayət qədər sərt narazılığına görə komandasını pis vəziyyətdə qoyub. Baş məşqçinin cəzalanması sözün əsl mənasında Premyer Liqa klubları üçün uğursuzluq gətirib. Baş məşqçisi cəzalı olan klublar çempionatdakı 10 oyuna cəmi 1 qələbə qazanıb və 1 heç-heçə edib. Düzdür, “Standard” Y.Hüseynovsuz iki qələbə qazanıb. Lakin bu görüşlər Premyer Liqa yox, ölkə kubokunun 1/16 final mərhələsində keçirilmişdi. Bu səbəbdən bakılılar cəzanın yarısını birincilikdə, yarısını isə kubokda keçirib.

Baş məşqçi

komandası

Rəqib

hesab

hakim

Oyunun tarixi

o

q

h

m

t

x

Yunis Hüseynov

“Standard”

“Neftçi”

1:3

Fariz Yusifov

16.09.2007

2

0

1

1

0-1

1

Sakit Alıyev

“Turan”

“Qəbələ”

1:2

Əfqan Həmzəyev

03.11.2007

4

0

1

3

1-8

1

Əli Quliyev

ABN

“Xəzər-Lənkəran”

0:0

Babək Quliyev

16.03.2008

4

1

0

3

3-7

3







0