TFF prezidentinin baş məsləhətçisi “Qalatasaray” - “Kayserispor” görüşü ilə bağlı Azərbaycanın ən böyük stadionuna baxış keçirib
15.05.2008 - 12:39
Onun sözlərinə görə, təqribən on gün öncə baş tutan səfər “Qalatasaray” və “Kayserispor” klubları arasında Bakıda təşkili nəzərdə tutulan Türkiyə Superkuboku uğrunda qarşılaşma ilə bağlı olub. A.İsmayılov bildirib ki, əvvəllər də dəfələrlə Azərbaycana gələn S.Önən stadionu gəzərək, arenanın Superkubok matçını keçirməyə nə dərəcədə münasib olduğunu öyrənib: “Stadionumuz Süheyl bəyin xoşuna gəldi. Onlar istəyirlər ki, Superkubok oyunu türklərin daha çox yaşadığı ölkələrdə olsun. Bu səbəbdən, görüşü Azərbaycanda təşkil etməkdə maraqlıdırlar. Amma hələ konkret qərara gəlməyiblər”. Stadionun direktoru, həmçinin ölkəmizdə xeyli azarkeşi olan “Qalatasaray”la “Kayserispor” arasındakı qarşılaşmanı təşkil etməyə hazır olduqlarını vurğulayıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0