Azərbaycanla qarşılaşacaq Bosniya və Herseqovina yığmasının baş məşqçisi istefaya göndərilib
17.05.2008 - 12:06
Azərbaycanla qarşılaşacaq Bosniya və Herseqovina yığmasının baş məşqçisi istefaya göndərilib
İstefaya əsas səbəb M.Kodronun yığmanı mayın 27-də İranla yoxlama matçına çıxarmaq istəməməsi olub. 41 çalışdırıcı Bosniya və Herseqovina Futbol Federasiyası rəhbərliyinin məşqçi və texniki heyət üzvlərindən xəbərsiz İranla razılaşmasına görə bu fikrə düşmüşdü. M.Kodro İran səfərindən imtina fikrində israr etdiyi üçün ölkənin futbol məmurları qəti qərar gəliblər. Bosniya və Herseqovina Futbol Federasiyası rəhbərliyinin dünən axşam keçirdiyi iclasda vaxtilə İspaniyanın “Barselona” klubunda oynamış M.Kodro ilə əməkdaşlığa son qoyulması barədə qərar verilib. Onunla yanaşı, yığmanın baş meneceri Elvir Boliç və digər rəsmilərin istefaya göndərilib-göndərilmədiyi məlum deyil. Bosniyalı futbolçuları milli komandamızla oyuna məşqçi Daniel Piriç çıxaracaq.
Qeyd edək ki, yoldaşlıq görüşü iyunun 1-də Zenitsa şəhərinin “Bilino Polye” stadionunda baş tutacaq.
0