Azərbaycan voleybol yığması Avropa çempionatının qrup mərhələsində qələbə qazana bilməyib
19.05.2008 - 10:06
Azərbaycan voleybol yığması Avropa çempionatının qrup mərhələsində qələbə qazana bilməyib
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın voleybol üzrə kişilərdən ibarət milli komandası Avropa çempionatının qrup mərhələsində qələbə qazana bilməyib. “APA-Sport” agentliyinin məlumatına görə, Sahib Əliyevin başçılıq etdiyi komandamız birinci dövrəsi Rotterdam şəhərində təşkil olunan turnirdə müvafiq ardıcıllıqla Hollandiya, Sloveniya və Latviyaya 0:3 hesabı ilə uduzub. Turnirin ikinci dövrəsi Sloveniyanın Maribor şəhərində keçiriləcək. Voleybolçularımız mayın 30-da Latviya, 31-də Sloveniya, iyunun 1-də Hollandiya ilə oynayacaq. Reqlamentə əsasən, qrup qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutan komandalar isə mübarizəni pley-offda davam etdirəcək.
0