“Xəzər-Lənkəran” klubu 10 illik ənənəyə son qoyub
20.05.2008 - 14:17
“Xəzər-Lənkəran” klubu 10 illik ənənəyə son qoyub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Xəzər-Lənkəran” klubu Azərbaycan Premyer Liqasının son 10 illik ənənəsini davam etdirə bilməyib. “APA-Sport” agentliyinin məlumatına görə, mövsümü mükafatsız bitirməsi rəsmiləşən lənkəranlılar özündən əvvəl ölkə çempionu olan komandaların nəticəsini təkrarlamayıb. Hərçənd, 1997/98 mövsümünün çempionu olan “Kəpəz”in qoyduğu ənənə ötən çempionata qədər davam etmişdi. Belə ki, ölkə çempionu olan komanda növbəti il ən azı bürünc medallara sahib olurdu. Ağasəlim Mircavadovun yetirmələri isə heç bunu da bacarmayıb, 4-cü yerlə kifayətlənməli oldu. Son dəfə çempionun belə uğursuz çıxış etməsi 10 il əvvələ təsadüf edib. Onda 1996/97 mövsümünün qalibi olan “Qarabağ” bir il sonra yalnız 4-cü yeri tutmuşdu. Ümumilikdə, Premyer Liqa tarixində indiyədək yalnız iki dəfə çempion bu cür uğursuz çıxış etmişdi. 15 il əvvəl “Neftçi” də çempion titulunu itirməklə yanaşı mükafat da qazanmamışdı.
0