“İnter” avrokuboklara Gürcüstan və Avstriyada hazırlaşacaq
20.05.2008 - 14:31
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “İnter” klubu avrokuboklara iki ölkədə hazırlaşacaq. “APA-Sport” agentliyinin məlumatına görə, tarixində ilk dəfə qitə miqyaslı turnirdə Azərbaycanı təmsil edəcək paytaxt təmsilçisi təlim-məşq toplanışı keçmək üçün Gürcüstan və Avstriyaya yollanmağı planlaşdırır. Avrokuboklara hazırlıq məqsədilə iyunun sonlarında Bakıda bir araya gələcək “İnter” əvvəlcə Gürcüstana yollanmaq fikrindədir. Avstriyadakı hazırlıq prosesi isə iki həftəlik nəzərdə tutulub ki, orada əsas diqqət yoxlama oyunlarına yönəldiləcək.
Qeyd edək ki, “İnter”in Çempionlar Liqasında, yaxud UEFA kubokunda çıxış edəcəyi son turda dəqiqləşəcək.
Qeyd edək ki, “İnter”in Çempionlar Liqasında, yaxud UEFA kubokunda çıxış edəcəyi son turda dəqiqləşəcək.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq
0
0