Azərbaycan milli komandasının heyəti açıqlanıb
20.05.2008 - 15:33
Azərbaycan milli komandasının heyəti açıqlanıb
Bakı. Aqşin Əliyev - APA-Sport. Beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Özbəkistanla qarşılaşacaq Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Yaşar Vahabzadə 18 futbolçuya dəvət göndərib. Belə ki, heyətə Səlahət Ağayev, Vəfadar Quliyev, Novruz Məmmədov, Sərraf Yusifzadə, Osman Umarov, Şəhriyar Xəlilov, Fariz Məmmədov, Amit Quluzadə, Emin Mustafayev, Araz Abdullayev, Rüstəm Bağırzadə, Mirhüseyn Seyidov, Eşqin Quliyev, Orxan Həsənov, Kamil Nurəhmədov, Tural İsgəndərov, Üzeyir Seyfizadə və Zahid Quliyev cəlb olunub. Həmyerlilərimiz səfərə mayın 28-də yollanacaqlar. Qarşılıqlı razılığa əsasən, Azərbaycan və Özbəkistan arasında mayın 29-da və iyunun 1-də Daşkənddə iki yoldaşlıq matçı keçiriləcək.
0