“Qəbələ” İspaniya və ya Hollandiyaya gedə bilər
20.05.2008 - 15:44
“Qəbələ” İspaniya və ya Hollandiyaya gedə bilər
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Qəbələ” klubu tarixində ilk dəfə ölkə xaricində toplanış keçirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, Ramiz Məmmədovun yetirmələri mövsümlərarası dövrdə İspaniya və ya Hollandiyada hazırlıq keçə bilər. Mövsümün sonuna bir tur qalsa da, Azərbaycan Premyer Liqasının əksər klubları kimi qəbələlilər də yeni mövsümlə bağlı planlarına aydınlıq gətirmək üzrədir. İndiyədək həm yay, həm də qış toplanışlarını Azərbaycanda keçirən “Qəbələ” 2008/09 mövsümünə daha yaxşı hazırlaşmaq üçün Avropaya üz tutmaq qərarına gəlib. Hazırda İspaniya və Hollandiya ilə bağlı variantlar arasında seçim etməyi düşünən qəbələlilər toplanışın dəqiq tarixini müəyyənləşdirməyib.
Qeyd edək ki, indiyədək Azərbaycan klublarından yalnız “Neftçi” İspaniya və Hollandiyada toplanış keçirib.
0