AFFA “Xəzər-Lənkəran” klubunu cəzalandırıb
20.05.2008 - 15:48
AFFA “Xəzər-Lənkəran” klubunu cəzalandırıb
Bakı. Mehman Süleymanov - APA-Sport. Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) növbəti iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, NİK “Xəzər-Lənkəran” klubunu “Olimpik”lə Lənkəranda keçirilən oyunun 65-ci dəqiqəsində azarkeşlər tərəfindən meydana kənar əşyalar atıldığından 2000 manat cərimələyib. “Qəbələ” və “Karvan” klubları isə futbolçuları nəzərdə tutulduğundan artıq sarı vərəqə aldığı üçün 1000 manat məbləğində cərimə ödəyəcək. “Qəbələ” son turda aldığı iki sarı vərəqə ucbatından meydandan çıxarılan futbolçusu Əli İsmayılova görə də xərcə düşüb. Bir oyunluq cəzalanan müdafiəçi klubunu 200 manat ziyana salıb. “Simurq”un müdafiəçisi Ramin Hacıyev üçün də mövsüm artıq başa çatıb. Belə ki, bir oyunluq diskvalifikasiya olunan və 200 manat cərimələnən futbolçu son turda “Xəzər-Lənkəran”la Qaxda keçirilən görüşü buraxacaq. R.Hacıyev cari mövsümdə iki dəfə qırmızı vərəqə alan 5-ci futbolçudur.
Qeyd edək ki, AFFA birinci divizionda çıxış edən NBC klubuna kəsilən 100 manatlıq cəriməni də nəzərə alsaq, bu gün 4500 manat qazanıb.
0