Ramin Musayev: “Mən “Olimpik”in çempion olmasını istəyirəm”
20.05.2008 - 17:12
Ramin Musayev: “Mən “Olimpik”in çempion olmasını istəyirəm”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun vitse-prezidenti Ramin Musayev deyib. XVI milli çempionatı üçüncü yerdə başa vuracaq “Neftçi” klubunun vitse-prezidenti final oyununda “İnter”i daha şanslı sayır: “Çünki bu komandanın heyəti “Xəzər-Lənkəran”la müqayisədə daha güclüdür. Belə olan halda, bakılıların ölkə kubokunu qazanacağına inanıram. Bu reallaşsa, “Neftçi” də UEFA kubokunda oynamaq hüququ qazanacaq”.
Premyer Liqanın sonuncu turunda “Qarabağ” klubunu “Olimpik”i məğlub etmək gücündə olduğunu hesab edən R.Musayevin sözlərinə görə, lider üstünlüyü əldən verməyəcək: “Mən “Olimpik”in çempion olmasını istəyirəm. Bu, UEFA kubokuna vəsiqə qazanmağımızla bağlı deyil. Mövsümü 3-cü yerdə, bürünc mükafatçı kimi başa vurmaq bizi qane etməsə də, bununla barışmağa məcburuq”.
Qeyd edək ki, “İnter” mövsümü “qızıl dubl”la başa vuracağı halda, “Neftçi” İntertotoda oynamaqla kifayətlənəcək.
0