Ruslan Zeynalov yığma komandaya cəlb edilir
20.05.2008 - 18:29
Ruslan Zeynalov yığma komandaya cəlb edilir
Bakı. Mehman Süleymanov - APA-Sport. Ukrayna çempionatında çıxış edən Ruslan Zeynalov Azərbaycan yığmasına çağırılır. “APA-Sport” agentliyinin məlumatına görə, birinci divizionda mübarizə aparan “Krımteplitse” klubunda çıxış edən 26 yaşlı hücumçu milli komandamızın baş məşqçisi Berti Foqtsa təklif olunub. Almaniyalı mütəxəssis R.Zeynalovu iyunun 1-də Bosniya və Herseqovina, bundan üç gün sonra Andorra ilə səfərdə keçiriləcək yoldaşlıq görüşlərində sınamaq fikrindədir.
0