Əkbər Hacıyev “Neftçi” klubunun qarşısına yalnız çempion olmaq vəzifəsi qoyub
20.05.2008 - 18:29
Əkbər Hacıyev “Neftçi” klubunun qarşısına yalnız çempion olmaq vəzifəsi qoyub
Bir saatadək davam edən görüşdə komandanın cari mövsümdə çıxışı təhlil olunub və gələcək planlarla bağlı fikir mübadiləsi aparılıb. R.Musayev bildirib ki, son üç mövsüm titulsuz qalan “Neftçi” növbəti çempionatda yalnız qızıl medallar uğrunda mübarizə aparacaq: “Prezidentimiz komandanın qarşısına çempion olmaq vəzifəsi qoyub. Bunun üçün lazımi şərait yaradılacaq və heyət gücləndiriləcək. Artıq bu yöndə işə başlamışıq. Bizə Bolqarıstan, Ukrayna, Braziliya, Çexiyadan futbolçular təklif olunur. Komanda üçün can yandıran futbolçuları heyətdə saxlayacağıq. Dmitri Kruqlovun transfer hüquqlarına sahib çıxmaqla bağlı razılıq əldə olunub. Onunla iki il müddətinə müqavilə bağlamaq nəzərdə tutulub”.
0