Azərbaycan UEFA-nın kütləvi futbol Xartiyasına qəbul olunub
21.05.2008 - 09:49
Azərbaycan UEFA-nın kütləvi futbol Xartiyasına qəbul olunub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Rusiyanın paytaxtı Moskvada UEFA İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan UEFA-nın kütləvi futbol Xartiyasına qəbul olunub. Tədbirdən sonra mətbuat konfransı baş tutub ki, bura qatılan UEFA-nın baş katibi Devid Teylor ölkəmizlə bağlı xəbəri də açıqlayıb: “Ümid edirik ki, böyük turnirlərin təşkili regionlarda futbolun populyarlaşmasına kömək edəcək. Bu gün keçirilən iclasda UEFA-nın kütləvi futbol Xartiyasına 4 ölkə üzv qəbul olundu. Rusiya, Azərbaycan, Ermənistan və Kipr artıq bu sənədə qoşulub”.
0