FİFA bu gün 104 yaşını qeyd edir
21.05.2008 - 10:14
FİFA bu gün 104 yaşını qeyd edir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bu gün Beynəlxalq Futbol Federasiyaları Assosiasiyanın (FİFA) 104 yaşı tamam olur. “APA-Sport” agentliyinin məlumatına görə, FİFA 1904-cü il mayın 21-də yaranıb. Həmin tarixdə Fransanın paytaxtı Parisdə bir araya gələn 7 ölkə təmsilçiləri bu qurumu təsis edib. Fransa, İspaniya, Hollandiya, Belçika, İsveç, İsveçrə, Danimarka ilə yanaşı, tədbirə qatılmalı olan böyük britaniyalılar FİFA-nı tanımaq istəmədiklərindən Parisə gəlməyib. Qurumun ilk prezidenti həmin vaxt 28 yaşı tamam olmayan fransalı jurnalist, mühəndis-mexanik və hüquqşünas Rober Geren seçilib. Hazırda mənzil-qərargahı İsveçrənin Sürix şəhərində yerləşən FİFA-nın 208 üzvü var ki, bu göstəricidə qurum Birləşmiş Millətlər Təşkilatını (192) və Beynəlxalq Olimpiya Komitəsini (205) qabaqlayır. Azərbaycan 1994-cü ildə FİFA-ya üzv qəbul olunub.
Qeyd edək ki, UEFA-nın hazırkı prezidenti M.Platini də mayın 21-də anadan olub. O, bu gün 53 yaşını qeyd edir.
0