Azərbaycan UEFA-nın əmsallar cədvəlini 42-ci pillədə başa vurub
23.05.2008 - 10:10
Azərbaycan UEFA-nın əmsallar cədvəlini 42-ci pillədə başa vurub
Bakı. Elşən Məmmədov-APA-Sport. 2007-2008-ci illər Avropa kubokları mövsümü başa çatdıqdan sonra UEFA yekun əmsallar cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, son üç mövsümdə ən zəif nəticə göstərən Azərbaycan mövsümü 42-ci pillədə başa vurub. Son yarış ilində ölkəmizi Çempionlar Liqasında “Xəzər-Lənkəran”, UEFA kubokunda isə “Neftçi” və İmişlinin “MKT-Araz” klubları təmsil edib. Onlar cəmi 2 xal toplaya bilib ki, nəticədə Azərbaycanın aktivinə cəmi 0,666 əmsal yazılıb. Halbuki 2005-2006 və 2006-2007-ci illər mövsümündə klublarımız bundan 2 dəfə artıq – 1,333 əmsal yığıb. Son 5 mövsümün yekunlarına əsasən, cəmi 3,832 əmsal yığan ölkəmiz 53 dövlətin yer aldığı cədvəldə Ermənistanı 2 pillə qabaqlayıb. Bununla yanaşı, həm 2008-2009, həm də 2009-2010-cu illər mövsümlərində Azərbaycanı 3 klubun təmsil edəcəyi məlum olub.
0