“Neftçi” İntertoto kubokuna ölkə daxilində hazırlaşacaq
26.05.2008 - 15:38
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasında cari mövsümü 3-cü yerdə başa vurmaqla İntertoto kubokuna vəsiqə qazanan “Neftçi” bu yarışa ölkə daxilində hazırlaşacaq. Klubun vitse-prezidenti Ramin Musayev “APA-Sport” agentliyinə açıqlamasında xaricə yollamamaqlarını vaxt azlığı ilə əlaqələndirib: “İntertotoda ilk mərhələnin oyunlarına bir aydan da az vaxt qalıb. Üstəlik, ilk matçımızı Bakıda keçirəcəyik. Bütün bunları nəzərə alaraq, xaricdə hazırlıq keçməyi planlarımıza daxil etməmişik. İyunun 3-də Bakıda bir araya gəlib, hazırlığa başlayacağıq”. İntertotoya Slovakiya təmsilçisi ilə qarşılaşacaq “Neftçi”nin konkret rəqibi bu ayın sonunda bəlli olacaq. UEFA-nın Bakıda təyin etdiyi ilk matçın iyunun 20-də, yaxud 21-də keçiriləcəyi klublar arasında qarşılıqlı razılaşdırılacaq.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
0
0