“Standard” Kaxaber Sxadadze ilə bir illik müqavilə imzalayacaq
30.05.2008 - 17:45
“Standard” Kaxaber Sxadadze ilə bir illik müqavilə imzalayacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “Standard” klubu 40 yaşlı gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadze ilə əməkdaşlığı davam etdirəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən klubun təsisçisi Kamil Məmmədovun sözlərinə görə, artıq bu məsələ həllini tapıb: “Sxadadze növbəti mövsümdə də komandamızı çalışdıracaq. Onunla bir illik anlaşmışıq. Sxadadzedən çalışdığımız yarım ildə razı qaldıq. Belə bir mütəxəssisi əldən buraxmaq istəməzdik. Gürcüstanlı vətəninə istirahətə yollanıb. Yeni mövsümə hazırlıq məqsədilə iyunun 22-də bir araya gəlməyimiz nəzərdə tutulub. Ancaq Sxadadze bu arada rəsmi müqavilə imzalamaq üçün Bakıya gələcək”.
Qeyd edək ki, qış fasiləsində komandanı tərk edən Yunis Hüseynovun əvəzinə baş məşqçi postuna K.Sxadadzeni gətirən “Standard” Premyer Liqada debüt mövsümündə 9-cu yerdə tutub.
0