Vəkil Melik Şahin: “Hakan Şükürə “Xəzər-Lənkəran” klubundan təklif gəlməyib”
30.05.2008 - 18:11
Bu sözləri “APA-Sport” agentliyinə eksklüziv açıqlamasında Hakan Şükürün vəkili Melik Şahin deyib. O, “Xəzər-Lənkəran” rəhbərliyinin Türkiyə milli komandasının sabiq kapitanı, hazırda “Qalatasaray” klubunda oynayan Hakan Şükürlə danışıqlara başlaması barədə yayılan xəbərləri təkzib edib. M.Şahin veteran futbolçunun “Qalatasaray”da qalacağını söyləyib: “Hakanın karyerasını “Qalatasaray”da davam etdirəcəyi dəqiqdir. Artıq klub prezidenti Adnan Polatla danışıqlar başa çatıb. Tezliklə tərəflər arasında beş illik müqavilə bağlanacaq”.
Qeyd edək ki, Hakan Şükürə dəvət göndərilməsi xəbərini “Xəzər-Lənkəran” klubunun rəsmi İnternet saytı yayıb.
Qeyd edək ki, Hakan Şükürə dəvət göndərilməsi xəbərini “Xəzər-Lənkəran” klubunun rəsmi İnternet saytı yayıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0