“Neftçi” klubunun İntertoto kubokundakı rəqibi mövsümü bürünc medalla bitirib
02.06.2008 - 09:42
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun İntertoto kubokunda rəqibi olan Slovakiyanın “Nitra” komandası tarixinin ikinci mükafatını rəsmiləşdirib. “APA-Sport” agentliyinin məlumatına görə, Pavel Hapalın yetirmələri ölkə çempionatını üçüncü yerdə bitirməklə, bürünc medalları qazanıb. Tarixinin yeganə uğuru 1962-ci ilin Çexoslovakiya çempionatında qazanılan ikincilik olan “Nitra” 46 ildən sonra mükafatçılar sırasına düşüb. Çempionatın son turunda güclülər dəstəsini tərk edən “Trençin” klubun 3:0 hesabı ilə məğlub edən P.Hapalın komandası xal hesabını 57-ə çatdırıb. 33 tur ərzində cəmi 40 top vurub, hamıdan az 26-nı buraxan “Nitra” bu görüşdən sonra baş məşqçisiz qalıb. Müqaviləsi bitən çalışdırıcı artıq “Mlada Boleslav”la müqavilə bağlayıb.
Qeyd edək ki, “Nitra”nı İntertoto kubokuna çıxaran mütəxəssis komandasına 70 oyunda rəhbərlik edib. Çexiyalının meydana çıxardığı qarşılaşmalarda 18 qələbə, 26 heç-heçə və 26 məğlubiyyəti olan “Nitra”nın yeni baş məşqçisi hələ müəyyənləşməyib.
Qeyd edək ki, “Nitra”nı İntertoto kubokuna çıxaran mütəxəssis komandasına 70 oyunda rəhbərlik edib. Çexiyalının meydana çıxardığı qarşılaşmalarda 18 qələbə, 26 heç-heçə və 26 məğlubiyyəti olan “Nitra”nın yeni baş məşqçisi hələ müəyyənləşməyib.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0