Azərbaycanın qadın voleybol yığması Avropa çempionatının qrup mərhələsində Rumıniyaya qalib gəlib
02.06.2008 - 09:53
Bakı. Kənan Həsənov - APA-Sport. Rumıniyanın Bizau şəhərində qadın voleybolçular arasında Avropa çempionatının qrup mərhələsinin birinci dövrəsi başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, ilk görüşdə İspaniyaya 1:3 hesabı ilə uduzan milli komandamız sonrakı iki oyunda qələbə qazanıb. Faiq Qarayevin başçılıq etdiyi yığmamız Makedoniyanı (3:0) və Rumıniyanı (3:2) məğlub edib. Bu görüşdə hakimlərin meydan sahiblərinə tərəfkeşliyinə etiraz edən F.Qarayev meydandan qovulub. Üç oyundan sonra Rumıniya, İspaniya və Azərbaycanın hesabında 5 xal var. Qələbə qazana bilməyən Makedoniya 3 xalla qrup sonuncusudur.
Qrup mərhələsinin ikinci dövrəsinin oyunları İspaniyanın Kaseras şəhərində keçiriləcək. Milli komandamız bu mərhələdə iyunun 6-da Rumıniya, 7-də İspaniya, 8-də Makedoniya ilə oynayacaq. Reqlamentə əsasən, qrup qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutan komanda isə pley-offda mübarizə aparacaq.

- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0