Berti Foqtsun Azərbaycan milli komandasında debütü məğlubiyyətlə nəticələnib
02.06.2008 - 09:58
Berti Foqtsun Azərbaycan milli komandasında debütü məğlubiyyətlə nəticələnib
Zenitsa şəhərində keçirilən matçda qələbə topunun müəllifi Stefo Nikoliç olub. Müdafiəçilərimizin səhvindən istifadə edən hücumçu qapıçı Rauf Mehdiyevlə təkbətək mübarizədən qalib ayrılıb. Səfərə 25 futbolçu ilə çıxan B.Foqts matçda 3 əvəzetməni də nəzərə alsaq, cəmi 14 oyunçunun xidmətindən yararlanıb.
Milli komandamız bu il ardıcıl ikinci dəfə 0:1 hesabı ilə uduzub. Martın 25-də Nazim Süleymanovun rəhbərliyi altında Litvaya səfərdə minimal hesabla yenilən əsas yığmamız makedoniyalı Qyoko Hacievskinin baş məşqçiliyi ilə fevralın 6-da Qazaxıstanla Türkiyədə qolsuz heç-heçə edib.
Qeyd edək ki, millimiz növbəti yoldaşlıq görüşünü iyunun 4-də səfərdə Andorra yığması ilə keçirəcək.
0