Azərbaycan milli komandası Özbəkistanla ikinci yoldaşlıq görüşündə heç-heçə oynayıb
02.06.2008 - 10:05
Bakı. Aqşin Əliyev - APA-Sport. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-19) Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlıq məqsədilə Özbəkistanla iki yoldaşlıq görüşündə qüvvəsini sınayıb. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamız paytaxt Daşkənddə baş tutan oyunların heç birində qələbə qazana bilməyib. Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv ilk matçda 0:2 hesabı ilə uduzub. Növbəti qarşılaşma isə qolsuz heç-heçə ilə nəticələnib. Yeniyetmə futbolçularımız bu gün vətənə qayıdırlar.
- Futbolla vidalaşacağı deyilən Musiala ilə bağlı “Bavariya”dan açıqlama
- “Şaxtyor” ev oyunlarını Türkiyədə keçirə bilər – Arda Turan amili
- “Qalatasaray”ın matçı hansı kanalda? - TV AFİŞA
- Şir axtarışı İngiltərə mətbuatında: “Qalatasaray”ın stadionuna yaxındır"
- Emeri: “Meydanın vəziyyəti bəhanə olmamalıdır”
0
0