Ağstafanın “Avey” klubu UEFA-nın Regional kubokuna vəsiqə qazanıb
02.06.2008 - 10:39
Ağstafanın “Avey” klubu UEFA-nın Regional kubokuna vəsiqə qazanıb
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanı həvəskarlar arasında UEFA-nın Regional kubokunda “Avey” klubu təmsil edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, Ağstafanı təmsil edən komanda AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatının qalibi olub. “Şəfa” stadionunda keçirilən final matçında Xocavəndin “Femida” klubu ilə görüşən “Avey” qələbəni hər biri 15 dəqiqədən ibarət olan iki hissəlik əlavə vaxtda əldə edib. 2:2 hesabı ilə başa çatan final matçının əlavə vaxtının ilk yarısında daha bir qol vuran (3:2) ağstafalılar çempionluğa və ilk dəfə UEFA-nın Regional kubokuna vəsiqəyə sahib çıxıb. Oyundan sonra AFFA rəhbərliyinin də iştirak etdiyi mükafatlandırma mərasimində Azərbaycan Həvəskarlar Futbol Federasiyasının prezidenti Kamil Rəhimov kuboku “Avey”in kapitanına təqdim edib.
Qeyd edək ki, ötən il “Şəfa”da təşkil olunan UEFA-nın Regional kubokunda ölkəmizi təmsil edən Əli-Bayramlının “Şirvan” klubu mübarizəni ilkin qrup mərhələsində başa vurub.
0