Berti Foqtsun debütü boş tribunalar önündə gerçəkləşib
02.06.2008 - 10:49
Berti Foqtsun debütü boş tribunalar önündə gerçəkləşib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu Bosniya və Herseqovinada boykot olunub. “APA-Sport” agentliyinin məlumatına görə, Berti Foqtsun yığmanın baş məşqçi postunda debüt matçı azarkeşlərin boykotu ilə əlamətdar olub. Az qala boş tribunalar önündə keçirilən görüşdə “Dominkoviç və komandası”nın yığmasının meydana çıxdığını bildirən yerli mətbuat da bu qarşılaşmanı yalnız boykot etməklə işıqlandırıb. Bosniya və Herseqovinalıların yazdığına görə, stadiona əsasən federasiya rəsmiləri və qurum prezidenti İlya Dominkoviçin yaxınları təşrif buyurub. Lakin azsaylı azarkeşlər tribunalara “Rədd olsun federasiya” şüarını da yerləşdirə bilib. Millinin sabiq məşqçilərinə dəstək xarakter daşıyan “Meho Kodro, Elvir Boliç və dostları”nın “Bosniya və Herseqovina futbolunu xilas edək” devizi ilə Sarayevoda keçirilən oyunu isə 15 min tamaşaçı izləyib. “Kodronun dostları” ilə “Boliçin dostları” komandaları arasında görüş 11:9 hesabı ilə başa çatıb.
0