Sumqayıt azarkeşləri “Gənclərbirliyi” klubunun Premyer Liqada qalması üçün Rövnəq Abdullayevə müraciət göndərib
                    
                    05.06.2008 - 15:08
                        
                    
                        
                        “Sizdən xahiş edirik ki, minlərlə futbol azarkeşi olan şəhərimizin gənc və perspektivli komandasının növbəti mövsümdə Premyer Liqada çıxış etməsi üçün şərait yaradasınız. Həmçinin, Azərbaycanda  bu gün futbolsuz qalan şəhərlərimizdən Gəncə  və Mingəçevirin də Premyer Liqada çıxış etməsi üçün səylərinizi əsirgəməyəsiniz. Sizin görmüş olduğunuz bu gözəl işi Azərbaycan xalqı  mütləq dəyərləndirəcək. Sumqayıt futbolunun potensialını nəzərə alaraq inanırıq ki, “Gənclərbirliyi” bir daha belə vəziyyətlə rastlaşmayacaq və iddialı klublardan biri olacaq”. Tofiq Rzayev, Şahin İmranov və İlham Zəkiyev kimi idman adamlarının da imzaladığı müraciətin hazırlanması üçün 174 sumqayıtlı azarkeş bir araya gəlib. Onlar klubun bu cür çətin vəziyyətə düşməsinin səbəbini də izah edib: “Ümumilikdə, “Gənclərbirliyi” komandası yaxşı təsir bağışlayırdı. Sadəcə, birinci dövrə başlayanda komandamız çempionatın startına on bir gün qalmış yığıla bildi. Bu da təsirsiz ötüşmədi və komandamız hazırkı vəziyyətə düşdü”.
                        
                    
                    
                                
                                0
                                
                                0