“Neftçi”nin yarımmüdafiəçisi Türkmənistan millisinin tərkibində 90 dəqiqə oynayıb
15.06.2008 - 11:10
“Neftçi”nin yarımmüdafiəçisi Türkmənistan millisinin tərkibində 90 dəqiqə oynayıb
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Nazar Bayramov 2010-cu il CAR-da keçiriləcək dünya çempionatının seçmə oyununda iştirak edib. “APA-Sport” agentliyinin məlumatına görə, 26 yaşlı futbolçunun çıxış etdiyi Türkmənistan milli komandası seçmə mərhələdə keçirdiyi 5-ci oyunda öz meydanında Cənubi Koreya ilə qarşılaşıb. Türkmənistan millisi Asiya zonasının 3-cü qrupunda lider olan rəqibinə 1:3 hesabı ilə uduzub. “Neftçi”nin yarımmüdafiəçisi qarşılaşmada 90 dəqiqə meydanda olub. Qeyd edək ki, Türkmənistan millisi seçmə mərhələdə son oyununu iyunun 22-də səfərdə İordaniyaya qarşı keçirəcək.
0