“Neftçi” klubuna yeni icraçı-direktor təyin olunub
17.06.2008 - 09:34
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun prezidenti Əkbər Hacıyev komandanın bazasında futbolçularla görüşüb. “APA-Sport” agentliyinin məlumatına görə, tədbir zamanı klub rəhbərliyindəki dəyişikliklərə də toxunulub. Ə.Hacıyev yeni təsis olunan Azərbaycan Peşəkar Futbol Liqasına (APFL) prezident seçilən “Neftçi”nin sabiq vitse-prezidenti Ramin Musayevin yerinə bu posta təyin olunan İlqar Quluzadə, həmçinin əvvəllər onun tutduğu icraçı-direktor postuna gətirilən Mübariz Xudiyevi klub üzvlərinə təqdim edib. Ə.Hacıyev onların hər ikisini təbrik edəndən sonra APFL-ə prezident seçilmiş R.Musayevə yeni işində də uğurlar arzulayıb və xatirə hədiyyəsi təqdim edib.
- Argentina millisinin üzvü Premyer Liqa klubunda - RƏSMİ
- "Nottingem" transfer çalışmalarına start verdi: "Yuventus"dan iki hücumçu
- Fransalı futbolçu komandada qalacaq: PSJ onu satmaq niyyətində deyil
- “Leypsiq”in yeni baş məşqçisi müəyyənləşib
- “Real Madrid” futbolçusu üçün qiymət təyin etdi: 90 milyon avro
0
0