“Nitra” “Neftçi” ilə oyuna 31 futbolçu ilə hazırlaşır
17.06.2008 - 09:54
“Nitra” “Neftçi” ilə oyuna 31 futbolçu ilə hazırlaşır
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun İntertoto kubokunda rəqibi olan “Nitra” yeni mövsümün hazırlıqlarına start verib. “APA-Sport” agentliyinin məlumatına görə, Slovakiya təmsilçisi dünən yeni baş məşqçi Pavel Maluranın rəhbərliyi altında ilk məşqə çıxıb. Bu postda həmyerlisi Pavel Hapalı əvəzləyən çexiyalı çalışdırıcı komandadakı dəyişikliklər haqda danışıb: “Tomaş Vran və Pavel Yaniçek komandanı tərk edib. Martin Baça ilə də yollarımızı ayırdıq. “Viktoriya”dan Yakub Hotek, “Hluçin”dən isə Roman Şvrçeki komandamıza cəlb etdik. Yeni mövsümə hazırlıq planımız tam aydınlaşmayıb. Yalnız İntertoto kubokunda “Neftçi” ilə qarşılaşacağımız dəqiqdir. Bundan sonra nə edəcəyimiz bu oyunların nəticəsindən asılıdır”. Yeni köməkçilərinin Marian Sutto və Robert Barborik olduğunu açıqlayan P.Malura mövsümün hazırlıqlarına 31 nəfərlik heyətlə başlayıb.

Qapıçılar: Tomaş Tuyvel, Lukaş Hroşşo, Martin Çudi.

Müdafiəçilər: Adrian Çeman, Marian Datko, Yan Leşko, Karol Karlik, Martin Tot, Miloş Şimonçiç, Martin Boşorad, Mihal Aç, Yan Harbuyak, Lukaş Duriş, Roman Şvrçek.

Yarımmüdafiəçilər: Yan Qruber, Yan Ştayer, Martin Babiç, Mihal Farkaş, Peter Qrayçiar, Lüboş Kolar, Marek Kostolani, Lukaş Hniliça, Slavomír Baliş, Robert Qlenda, Mihal Yakubyak, Yakub Hotek.

Hücumçular: Robert Semenik, Roman Sloboda, İrakli Liluaşvili, Ondrey Çurqali, Marek Koşut.
0