AFFA milli komandanı Avstriyada keçiriləcək beynəlxalq turnirə göndərməkdən imtina edib
17.06.2008 - 13:38
AFFA milli komandanı Avstriyada keçiriləcək beynəlxalq turnirə göndərməkdən imtina edib
Bakı. Aqşin Əliyev - APA-Sport. AFFA rəhbərliyi 15 yaşadək futbolçulardan ibarət yığmanı (U-15) Avstriyanın Vels şəhərində keçiriləcək beynəlxalq turnirə göndərməkdən imtina edib. “APA-Sport” agentliyinin məlumatına görə, “Yuxarı Avstriya kuboku” adlanan yarışdan imtinaya konkret nəyin səbəb olduğunu bilinmir. Ehtimallara əsasən, bu qərarı U-15-in yeni baş məşqçisi Oliver Pilzer qəbul edib. Milli komanda almaniyalı çalışdırıcıya həvalə olunduqdan sonra o, Avstriya turnirində iştirakı məqbul saymayıb. Bundan başqa, U-15-in üzvləri sənəd problemi ilə də üzləşiblər. Yeniyetmə futbolçulardan bir neçəsinə xarici pasport almaq mümkün olmayıb. Əvəzində, assosiasiya rəsmiləri iyulun 7-də start götürəcək turnirə U-17-ni yollamaq qərarına gəliblər. Gənclər və İdman Nazirliyinin rəhbərliyi də yarışa bir komanda ezam etməyi planlaşdırıb.
Qeyd edək ki, üç il öncə yaradılan U-15 indiyədək heç bir beynəlxalq turnirdə mübarizə aparmayıb.
0