Nazar Bayramov: “Neftçi”dən ayrılsam, Azərbaycandan həmişəlik gedəcəyəm”
17.06.2008 - 16:25
Nazar Bayramov: “Neftçi”dən ayrılsam, Azərbaycandan həmişəlik gedəcəyəm”
Onun sözlərinə görə, bunu səbəbi klubla bağlı olub: “İyunun 22-də İordaniya yığması ilə səfərdə keçirəcəyimiz görüşlə 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunları bizim üçün başa çatır. Ancaq Əmman şəhərində keçiriləcək həmin matçda mən iştirak etməyəcəyəm. “Neftçi” Slovakiyanın “Nitra” klubu ilə İntertoto kuboku oyunlarında məni heyətində görmək istəyir. Klub rəhbərliyinin yığmadakı həmkarları ilə danışığından sonra bu məsələ müsbət həll olundu. Dünya çempionatının final mərhələsinə çıxmaq üçün çox çalışsaq da, istəyimizə çata bilmədik. Yaxşı oynadığımız halda, bəxtimiz gətirmədi”. “Neftçi”dən gedəcəyi haqda söz-söhbətləri təkzib edən 26 yaşlı futbolçu gələcək karyerasını bu klubla bağlayır. Azərbaycanda çıxışına 2004-cü ildə Yevlaxın “Karvan” klubunda başlayan N.Bayramov geri qayıtmaq variantının olmadığını söyləyib: “Karvan”ın baş məşqçisi Yunis Hüseynovla söhbətim olsa da, yenidən onun komandasında çıxış etməyim real deyil. “Neftçi”nin də məni transferə çıxarmasından söhbət gedə bilməz. Çünki bu klubla başa çatan müqaviləmi daha bir illiyə uzatmışam. “Nitra” ilə oyunda iştirak edəcəyim baş məşqçidən asılıdır. Ola bilsin ki, hazırlığa gec qatıldığım üçün Bakıdakı matçı buraxdım”. Hələ ötən mövsüm Rusiyada çıxış etmək şansının olduğunu deyən türkmənistanlı futbolçunun sözlərinə görə, “Neftçi”nin vitse-prezidenti Ramin Musayevlə söhbətindən sonra fikrindən daşınıb: “Xidmətimdə maraqlı olan “Neftçi” rəhbərliyi komandaya kömək etməyimi istəyir. Rusiyanın “Ximki” klubunda çıxış edən böyük qardaşım Vladimirlə gələcək karyeramı müzakirə etdim. Qardaşım kimi bu ölkənin Premyer Liqasında çıxış edə bilərdim. Sadəcə, baxışdan uğurla keçmək lazım idi. Rusiyanın birinci divizion klubuna keçmək variantı isə yüz faiz idi. Ölkənizdə bundan sonrakı karyeram yalnız “Neftçi” ilə bağlıdır. Flaqmanı tərk etsəm, Azərbaycandan həmişəlik gedəcəyəm”.





0