Branimir Subaşiç “İnter” klubuna keçir
17.06.2008 - 18:13
Branimir Subaşiç “İnter” klubuna keçir
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan milli komandasının serbiyalı futbolçusu Branimir Subaşiç üç ildir şərəfini qoruduğu “Neftçi” klubunu tərk edir. 26 yaşlı hücumçu karyerasını Bakının digər təmsilçisi olan “İnter” komandasında davam etdirə bilər. Bu barədə “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun prezidenti Georgi Nikolov B.Subaşiçin transferinin gerçəkləşəcəyini istisna etməyib: “Mümkünsüz heç nə yoxdur. Yaxşı fərdi keyfiyyətlərə malik Subaşiçin oyununu bəyənirik və onun komandamıza keçidi mümkündür. Ancaq təkcə bizim istəklə iş bitmir. Bu məsələdə üç tərəfli razılıq olmalıdır. İlk növbədə futbolçu bunu istəməli, “Neftçi” ilə müqavilə məsələlərini yoluna qoymalı və artıq bundan sonra biz də əməli işə keçməliyik”.
0