“Barselona” Ronaldinyo, Deku və Eto’Onu transferə çıxarıb
17.06.2008 - 18:47
“Barselona” Ronaldinyo, Deku və Eto’Onu transferə çıxarıb
Madrid – APA. İspaniyanın “Barselona” futbol klubunun yeni baş məşqçisi Xosep Qvardiola rəsmi təqdimetmə mərasimində komandanın tərkibini kökündən dəyişəcəyini bəyan edib. APA-Sportun “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Qvardiola braziliyalı Ronaldinyo, portuqaliyalı Deku və kamerunlu Samuel Eto’O ilə işləmək planının olmadığını bildirib.
Kataloniyalıların baş məşqçisi qeyd edib ki, adı çəkilən futbolçuların bundan əvvəlki mövsümlərdə çıxışlarını analiz edəndən və bir sıra digər faktorları nəzərə alandan sonra qərar çıxarıb.
Xatırladaq ki, 37 yaşlı Qvardiola “Barsa” ilə iki illik müqavilə imzalayıb. O, bu postda istefaya göndərilən hollandiyalı Frank Raykardı əvəzləyib. Artıq Avropanın bir çox aparıcı klubları transferə çıxarılan futbolçular uğrunda mübarizəyə başlayıb.
0