“İnter” Avropa çempionatının final mərhələsində oynayan futbolçunu transfer edib
19.06.2008 - 10:37
“İnter” Avropa çempionatının final mərhələsində oynayan futbolçunu transfer edib
Son iki mövsümü vətənində keçirən A.Rubin “Metallurq” klubunun heyətində 7 oyun keçirib. Karyerasına Riqa “Auda”sında (1996) başlayan A.Rubin 1997-ci ili İsveç “Osters”sində keçirib. 1998-2000-ci illərdə “Skonto” ilə Latviya çempionu olduqdan sonra İngiltərəyə yollanıb və ikinci dəstədə “Kristal Pelas”ın heyətində 31 oyunda forma geyinib. 2003-2007-ci illərdə Rusiyada oynayan A.Rubin “Şinnik” və Moskva “Spartak”ının şərəfini qoruyub. Moskvalıların heyətində 5 oyun keçirdikdən sonra vətəninə qayıdıb. 1998-2008-ci illər arasında Latviya milli komandasında keçirdiyi 91 qarşılaşmada 8 qol vuran sol cinah yarımmüdafiəçisi 2004-cü ildə Avropa çempionatının final mərhələsində də oynayıb. Dəfələrlə Latviya yığmasının heyətində Azərbaycana qarşı oynamış A.Rubin klub səviyyəsində də bizə qarşı çıxış edib. 2000-ci ildə Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Şəmkir”ə məğlub olan “Skonto”nun yarımmüdafiəçisi hər iki oyunda meydana çıxıb və matçların birində sarı vərəqə alıb. O, həmin matçda rəqibləri olan Mahmud Qurbanov və Xaqani Məmmədovla bir klubda oynayacaq.
A.Rubin Avropa çempionatlarının final mərhələsində çıxış edib Azərbaycana gələn ikinci latviyalı həmçinin, azsaylı futbolçulardan biridir. Bu futbolçuyadək 34 yaşlı Andrey Ştoltsers 2005/06 mövsümünün ilk yarısında “Bakı”nın şərəfini qoruyub.
0