Qyoko Hacievski: “Xristovla Naçevski gələn həftə “Bakı” ilə müqavilə bağlayacaqlar”
19.06.2008 - 14:42
Hazırda vətənində olan makedoniyalı mütəxəssisin sözlərinə görə, 32 yaşlı hücumçu Georgi Xristov yaxın günlərdə Azərbaycana gələcək: “Xristova Yaponiya və Cənubi Koreyadan təkliflər var. Amma karyerasını Asiyada yox, Avropada davam etdirmək istəyir. Klubumuzun vitse-prezidenti Zeynal Məmmədovla danışıqlardan sonra transfer reallaşacaq. Xristov bu məqsədlə gələn həftənin ilk günlərində Bakıya gələcək”. Q.Hacievski isə sabah Azərbaycana qayıdacaq. Makedoniya yığmasının digər üzvü, 28 yaşlı hücumameylli yarımmüdafiəçi Draqan Naçevskinin də transferinin gündəmdə qaldığını deyən G.Hacievski bildirib ki, həmyerlilərini özü ilə birgə gətirə bilməyəcək: “Onlara vaxt lazımdır. Mən isə hazırlıqla əlaqədar bir qədər tez gəlib rəhbərliklə görüşməliyəm. Şənbə günü Bakıda olacağam. Hazırlığa gələn həftənin əvvəlində başlayacağıq ki, futbolçular da həmin vaxt düşərgəmizdə olacaq. Naçevskinin Xristovla birgə həmin vaxt Bakıya gələcəyi gözlənilir. Bu futbolçularla iki illik müqavilə bağlanması nəzərdə tutulub”.
0
0