Erməni məşqçi Azərbaycanda çıxış edən futbolçunu tənqid edib
19.06.2008 - 16:54
Erməni məşqçi Azərbaycanda çıxış edən futbolçunu tənqid edib
Ulyanovsk. Mehman Süleymanov - APA-Sport. Ermənistanlı məşqçi Azərbaycan çempionatında çıxış etmiş futbolçunu tənqid edib. “APA-Sport” agentliyinin məlumatına görə, Rusiyanın “Volqa” klubunun yeni məşqçisi Armen Adamyan rəhbərliyi altında çıxış edəcək moldovalı futbolçuları, eləcə də A.Doroşu ermənilərdən zəif sayır. İrəvanın “Mika” klubundan “Volqa”ya keçən mütəxəssis bildirib ki, yeni komandasında vətənindən dəvət edəcəyi futbolçulara bel bağlayır: “Hazırda “Volqa”da çıxış edən həmyerlim Aram Akopyanla yanaşı, 4 həmyerlimi də sərəncamımda görmək istərdim. Moldovalı Viktor Berko ilə Anatoli Doroş səviyyəcə bizimkilərdən geri qalırlar”.
Moldovalı futbolçular isə erməni məşqçini fakt qarşısında qoyub: “Berko cari mövsümdə 17 matçın hamısında meydana çıxıb və bu göstəricidə liderdir. Üstəlik, adı “Sport-Ekspress” qəzetinin matçın ən yaxşı futbolçusu ilə bağlı seçiminə tez-tez düşür. Doroş 11 oyun keçirdiyi halda, “Volqa”nın erməni legioneri Aram Akobyan ilk dövrədə cəmi 7 görüşdə meydana çıxıb. Belə olan halda, səviyyəcə geridə qalan kimdir?”
Qeyd edək ki, Azərbaycanda İmişlinin “MKT-Araz” və Bakının “Standard” klublarında çıxış edən A.Doroş ötən mövsümün qış fasiləsində Rusiyaya yollanıb.
0