Anatoli Demyanenko Azərbaycan klubunu avrokuboklara çıxaran 4-cü əcnəbi məşqçi olacaq
19.06.2008 - 16:55
Anatoli Demyanenko Azərbaycan klubunu avrokuboklara çıxaran 4-cü əcnəbi məşqçi olacaq
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İyunun 21-də keçiriləcək İntertoto kubokunun “Neftçi” – “Nitra” matçı ukraynalı mütəxəssis Anatoli Demyanenko üçün əlamətdar olacaq. “APA-Sport” agentliyinin məlumatına görə, 49 yaşlı baş məşqçi flaqmanın sükanı arxasında avrokuboklarda debüt edəcək. A.Demyanenkoyadək yalnız 3 əcnəbi mütəxəssis Azərbaycan klubu ilə qitə miqyaslı turnirlərdə iştirak edib. Üç il əvvəl gəlmələrin baş məşqçisi olduğu komandalar bütün oyunlarda məğlub olubsa, ukraynalı İqor Nakoneçnının komandası ardıcıl iki mövsümdə öz meydanında nə uduzub, nə də qol buraxıb. Lakin bu mütəxəssislərin heç biri mərhələ keçməyə nail olmayıb. Avrokuboklarda yalnız qrup mərhələsində məğlub olan A.Demyanenko bu seriyasını davam etdirməklə, təmsilçimizlə mərhələ keçən ilk əcnəbi baş məşqçi ola bilər.
Qeyd edək ki, A.Demyanenkonun avrokuboklarda əvvəlki baş məşqçi karyerası yalnız Çempionlar Liqası (ÇL) ilə bağlı olub. “Neftçi”nin baş məşqçisi Kiyevin “Dinamo” klubunu çalışdırarkən komandasını 13 oyuna çıxarıb. ÇL-in təsnifat mərhələlərində onun yetirmələri 6 matçın 5-də qalib gəlib, 1-də isə heç-heçə edib (top fərqi - 17:4). Turnirin qrup mərhələsində 49 yaşlı mütəxəssis qələbəyə həsrət qalıb: 2 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 5:18.

əcnəbi mütəxəssis

klubu

mövsüm

turnir

rəqib

hesab

Fuad Yaman (Türkiyə)

“Karvan”

2005/06

İntertoto

“Lex” (Polşa)

1:2, 0:2

Rasim Kara (Türkiyə)

“Xəzər-Lənkəran”

2005/06

UEFA

“Nistru” (Moldova)

1:3, 1:2

İqor Nakoneçnı (Ukrayna)

“MKT-Araz”

2006/07

İntertoto

“Tiraspol” (Moldova)

1:0, 0:2

İqor Nakoneçnı (Ukrayna)

“MKT-Araz”

2007/08

UEFA

“Qrotslin” (Polşa)

0:0, 0:1



Qeyd: komandalarımızın öz meydanında keçirdiyi oyunların altından xətt çəkilib.
0