Zinəddin Zidan: “Türkiyə yığması Almaniyanı məğlub etməyə qadirdir”
23.06.2008 - 15:31
Zinəddin Zidan: “Türkiyə yığması Almaniyanı məğlub etməyə qadirdir”
“Türkiyəlilər 119 dəqiqə qapılarını toxunulmaz saxladılar. Sonra bir qol buraxdılar, dərhal hesabı bərabərləşdirdilər. Daha sonra penaltilər seriyasında qələbə qazanaraq, yarımfinala yüksəldilər. Dünya futbolunda belə qələbələrə nadir hallarda rast gəlinir”. Z.Zidan iyunun 25-də Türkiyə və Almaniya arasında keçiriləcək yarımfinal oyunu haqda da danışıb. Yaxın keçmişin ulduz futbolçusu vurğulayıb ki, “ay-ulduzlular”ın finala çıxmaq şansları var: “Heyətdə çoxlu zədəli və cəzalı futbolçu olduğunu bilirəm. Buna baxmayaraq, türkiyəlilər Almaniyanı məğlub etməyə qadirdir. Çünki onlar belə uğurlara imza ata biləcək psixoloji gücə malikdirlər”.


0