Roberto Donadoni: “İtaliya yığmasında işimi davam etdirəcəyəm”
23.06.2008 - 16:23
Roberto Donadoni: “İtaliya yığmasında işimi davam etdirəcəyəm”
Bakı. Kənan Həsənov - APA-Sport. İtaliya milli komandasının baş məşqçisi Roberto Donadoni istefa verməyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, gənc mütəxəssis Avropa çempionatının ¼ finalında mübarizəni dayandıran komandasının çıxışından razı qaldığını bildirib: “İspaniyaya penaltilərdə uduzduq. Bu məğlubiyyət ucbatından komandada işlərin yaxşı getmədiyini söyləmək olmaz. Bir müddət sonra ətraflı danışarıq. Mən işimi davam etdirəcəyəm”.
0