“Bakı” Aleksandr Qoqoberişvili ilə yeni müqavilə bağlayıb
23.06.2008 - 16:56
“Bakı” Aleksandr Qoqoberişvili ilə yeni müqavilə bağlayıb
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakı” klubu rəhbərliyi gürcüstanlı yarımmüdafiəçi Aleksandr Qoqoberişvilini komandada saxlayıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən klubun vitse-prezidenti Zeynal Məmmədovun sözlərinə görə, 31 yaşlı futbolçu ilə artıq yeni anlaşma imzalanıb: “Qoqoberişvili komandamızda çıxışını davam etdirəcək. Artıq Bakıda olan futbolçu ilə ”1+1” şərti ilə müqavilə bağlamışıq. Aleksandrın həmyerlisi olan Amiran Mucirinin də qalacağı gözlənilir. Hazırda onunla danışıqlar gedir”. Z.Məmmədov yarımmüdafiəçilər - moldovalı Aleksey Savinovla braziliyalı Rudison Fereyranın baxışdan keçməsinin vacibliyini söyləyib: “Savinov bugünlərdə Bakıya gələcək. Feyeyra isə artıq məşqlərə qatılsa da, onunla hələ müqavilə imzalamamışıq. Bu futbolçular baxışdan keçəndən sonra qərarımızı verəcəyik”.
0