Bakının “İnter” klubu Valentin Belkeviçlə bir il müddətinə müqavilə imzalayıb
23.06.2008 - 17:58
Bakının “İnter” klubu Valentin Belkeviçlə bir il müddətinə müqavilə imzalayıb
Bu haqda “APA-Sport” agentliyinə “İnter” klubunun baş məşqçisi Valentin Xodukin məlumat verib. Onun sözlərinə görə, 35 yaşlı futbolçunun transferi ilə bağlı “Dinamo” rəhbərliyilə danışıq aparmağa ehtiyac qalmayıb: “Çünki onun Kiyev təmsilçisi ilə müqaviləsi başa çatıb və hazırda sərbəstdir. Böyük ümidlər bəslədiyim Belkeviç artıq komandamızın məşqlərində də iştirak edib. Onu Türkiyəyə təlim-məşq toplanışına aparacağıq”.
0