“İnter” Türkiyədə “Sivasspor” klubu ilə qarşılaşacaq
23.06.2008 - 17:59
“İnter” Türkiyədə “Sivasspor” klubu ilə qarşılaşacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “İnter” klubu sabah Türkiyəyə yollanacaq. “APA-Sport” agentliyinin məlumatına görə, son Azərbaycan çempionu çıxış edəcəyi Çempionlar Liqasına qonşu ölkədə hazırlaşacaq. 15 günlük təlim-məşq toplanışında olacaq “İnter” 4 yoxlama matçı keçirməyi planlaşdırıb. Rəqiblərdən üçü yerli, biri isə İranın yüksək liqasında çıxış edən komandadır. Bakı təmsilçisi Türkiyənin “Kocaelispor”, “Konyaspor” və İlqar Qurbanovun şərəfini qoruduğu “Sivasspor” klubu ilə qüvvəsini sınayacaq. Yoxlama oyunlarının iyunun 29-da, iyulun 3-də, 6-da və 9-da keçirilməsi nəzərdə tutulub.
0