Aftandil Hacıyev “Standard” klubuna keçib
24.06.2008 - 11:18
Aftandil Hacıyev “Standard” klubuna keçib
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan yığmasının sabiq müdafiəçisi Aftandil Hacıyev karyerasını Bakının “Standard” klubunda davam etdirəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən A.Hacıyevin sözlərinə görə, yeni komandası ilə bu gün bir il müddətinə müqavilə bağlayıb. 27 yaşlı müdafiəçi bildirib ki, Ağdamın “Qarabağ” klubundan ayrıldıqdan sonra 3-4 təklif alıb: “Qəbələ”, “Simurq” və “Olimpik”lə danışıqlar apardım. “Olimpik”ə keçidim də real olsa da, həmin komandada müdafiəçilər çoxdur. Bu səbəbdən baş məşqçi Əsgər Abdullayev mənə qəti söz deməkdə tərəddüd edirdi. Mənim isə gözləməyə vaxtım olmadığı üçün “Standard” klubuna üstünlük verdim”.
0