Maris Verpakovskis: “Karyeramı Azərbaycanda davam etdirə bilərəm”
24.06.2008 - 13:20
Maris Verpakovskis: “Karyeramı Azərbaycanda davam etdirə bilərəm”
Latviyalı jurnalistlərin Azərbaycanda oynamaq perspektivi haqda suallarını cavablayan 29 yaşlı hücumçu məsələnin yalnız gələn ay həll olunacağını bildirib: “Hər yerdə mənim Azərbaycan klubuna keçdiyim haqda qəti fikirlər söylənilir. Lakin məsələ hələ tam dəqiqləşməyib. Hələ ki, Kiyevin “Dinamo” klubu ilə müqaviləm var. Bu komandanın Avstriyada keçirəcəyi təlim-məşq toplanışında iştirak etməliyəm. İyunun 24-də başlanacaq hazırlıqlarda komandamla məşqləri bərpa etdikdən sonra gələcəkdə harada oynayacağımla bağlı qərar verəcəyik”.
0