Əli Hüseynov İntertoto kubokuna təyinat alıb
24.06.2008 - 15:12
Əli Hüseynov İntertoto kubokuna təyinat alıb
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA-nın Hakimlər Komitəsinin sabiq sədri Əli Hüseynov Estoniyaya yollanacaq. “APA-Sport” agentliyinin məlumatına görə, İntertoto kubokuna təyinat alan Ə.Hüseynov UEFA nümayəndəsi olacaq. Veteran hakimə turnirin birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyunun 28-də Tallində keçiriləcək “Trans” (Estoniya) – “Ekranas” (Litva) oyununa təyinat gəlib. Ə.Hüseynov təşkilati, təhlükəsizlik məsələlərinə cavabdeh olacaq.
0