Branimir Subaşiç Avstriyaya gedir
24.06.2008 - 15:24
Branimir Subaşiç Avstriyaya gedir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç Avstriyaya gedir. “APA-Sport” agentliyinin məlumatına görə, 26 yaşlı serbiyalı futbolçunun komandası “Srvena Zvezda” yeni mövsümə Avstriyada və Sloveniyada hazırlaşacaq. İyunun 28-də Belqradda bir araya gələcək Serbiya təmsilçisi tibbi müayinədən sonra ölkə xaricində toplanışa başlayacaq. İyunun 30-da Avstriyanın Bad Taçmandorf şəhərciyində ikihəftəlik toplanışdan sonra vətənə dönərək Sloveniyaya üz tutacaq. Mariborda da iki həftəlik hazırlıq keçən B.Subaşiçin komandası ümumilikdə 7 yoxlama oyunu keçirəcək. İyulun 5, 8, 11, 14, 17, 21 və 24-də keçiriləcək qarşılaşmalar millimizin oyunçusunun əsas heyətə düşməsi üçün əhəmiyyət kəsb edəcək.
0