FİFA-nın sabiq prezidenti: “1966-cı ildə İngiltərə yığması hakimlərin birbaşa köməyi ilə dünya çempionu oldu”
27.06.2008 - 13:50
FİFA-nın sabiq prezidenti: “1966-cı ildə İngiltərə yığması hakimlərin birbaşa köməyi ilə dünya çempionu oldu”
Onun fikrincə, 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatında təşkilatçıların məqsədi Braziliya yığmasının futboldakı hegemonluğuna son qoymaqdan ibarət olub: “Özünüz mühakimə edin: Braziliya millisinin Portuqaliya və Macarıstanla görüşlərini ingiltərəli hakimlər briqadası idarə edir. Almaniya - Uruqvay matçına da ingiltərəli hakim təyinat alır. İngiltərə - Argentina qarşılaşması isə almaniyalı referiyə tapşırılır. Bu faktlar sizə qəribə gəlmirmi? Buna oxşar hadisə 1974-cü il dünya çempionatında da baş verdi”. FİFA-nın sabiq prezidenti əmindir ki, 1958 və 1962-ci il dünya çempionatlarının qalibi olan Braziliya millisinin futboldakı hegemonluğuna son qoymaq üçün 1966-cı ildə təşkilatçılar tərəfindən xüsusi plan qurulub. Nəticədə Cənubi Amerika təmsilçisi qrup mərhələsindəcə mübarizəni dayandırıb.
Qeyd edək ki, 1966-cı il Mundialının finalında İngiltərə millisi Almaniyanı 4:2 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə dünya çempionu olub. Həmin matçda hesab 2:2 olarkən, azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramov ingiltərəli futbolçunun qapı tirinə dəyib yerə düşən zərbəsini qol kimi hesaba alıb. Üstündən 32 il keçməsinə baxmayaraq, həmin epizod yenə də mübahisə predmeti kimi müzakirə olunmaqdadır.
0