Azərbaycan futbol çempionatının gümüş mükafatçısı Qazaxıstana baxışa yollanıb
30.06.2008 - 17:12
Azərbaycan futbol çempionatının gümüş mükafatçısı Qazaxıstana baxışa yollanıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan futbol çempionatının gümüş mükafatçısı Dmitri Parxaçov karyerasını Qazaxıstanda davam etdirə bilər. “APA-Sport” agentliyinin məlumatına görə, 2007/08 mövsümündə Bakının “Olimpik” klubunda oynamış 23 yaşlı belaruslu yarımmüdafiəçi ilə Qazaxıstanın “Vostok” komandası maraqlanır. D.Parxaçov baxışdan keçmək üçün dünən “Vostok”un düşərgəsinə yollanıb. 2007-ci ilin yayında “Olimpik”lə bir illik müqavilə bağlamış əcnəbi futbolçu paytaxt komandasından ötən ay ayrılıb. O, Əsgər Abdullayevin rəhbərlik etdiyi kollektivdə 25 oyun keçirib.
0