Samir Əliyev “Neftçi”nin heyətindən kənarlaşdırılıb
30.06.2008 - 18:04
Turnirin birinci mərhələsində “Nitra”ya (Slovakiya) qarşı ilk matçda köhnə zədəsini təzələyən futbolçunun adı sifariş vərəqindən çıxarılıb. İştirak ərizəsində yaranan boşluqdan yararlanan bakılılar zədəsini sağaldan digər oyunçunun adını heyətə daxil edə bilib. Bu az öncə transfer edilən Março Dafçevdir. Flaqmanın məşqində sıradan çıxan 30 yaşlı bolqarıstanlı yarımmüdafiəçi yeni klubunda hələ debüt edə bilməyib. Səhhəti normallaşan M.Dafçevin adı S.Əliyevin əvəzinə sifariş vərəqinə salınıb.
“Neftçi”nin baş məşqçisi Anatoli Demyanenko hələ də M.Dafçevin xidmətindən yararlanmasa da, legioner haqda yüksək fikrilər söylənilir. Bolqarıstanın “Botev” klubunun məşqçisi Petr Dafçev oğlunun “Neftçi”də tezliklə möhkəmlənəcəyinə inandığını bildirib: “Hollandiyada keçirilən toplanışda Março fiziki cəhətdən digər oyunçulara çatacaq. O, İntertoto kubokunun ikinci mərhələsində “Neftçi”yə kömək edə biləcək. Março Azərbaycandakı şəraitdən tam məmnundur. Burada məişətlə bağlı heç bir problemlə üzləşmir. Onun komandası çox iddialıdır”.
Qeyd edək ki, M.Dafçev “Neftçi”nin heyətində iyulun 5-də “Jerminal”la görüşdə debüt edə bilər.

0
0